XƏBƏRLƏR ƏLAQƏ

ABDF Slovakiyanın "EXIMBANKA SR" qurumu ilə investisiya imkanlarını müzakirə edib

Slovakiya Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin və Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABDF) nümayəndələri Slovakiyanın “EXIMBANKA SR” qurumu ilə görüş keçiriblər.

Görüş zamanı Slovakiya şirkətləri üçün Azərbaycandakı investisiya imkanları, maliyyələşdirmə mexanizmləri, ixrac kreditlərinin dəstəklənməsi və Qarabağın bərpası çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

ABDF beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi və ölkəmizə yeni investisiyaların cəlb olunması istiqamətində fəaliyyətini davam etdirir.