XƏBƏRLƏR ƏLAQƏ

ABDF ilə ICD arasında müqavilə imzalanıb

VƏZİYYƏT: aic_

Azərbaycan Biznesinin İnkişafı Fondu (ABDF) ilə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Çərçivə Agentlik (Wakala) Müqaviləsi imzalanıb.

Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Görüşü çərçivəsində təşkil olunan Özəl Sektor Forumunda imzalanan müqavilə Azərbaycanda islam maliyyəsinin inkişafını sürətləndirməklə yanaşı, alternativ maliyyə resurslarına ehtiyacı olan sahibkarların vəsaitə çıxışını genişləndirəcək.

Yeni əməkdaşlıq modeli çərçivəsində ICD, ABDF və yerli banklar arasında birgə fəaliyyət mexanizmi tətbiq olunacaq. ICD əsas idarəedici (Wakeel) qismində yerli bankları qiymətləndirəcək, seçilmiş banklarla isə islam maliyyə prinsiplərinə uyğun kredit xətləri yaradılacaq.

Qeyd edək ki, ICD – İslam İnkişaf Bankı Qrupuna daxil olan beynəlxalq maliyyə qurumu olaraq üzv ölkələrdə özəl sektorun inkişafını dəstəkləyir, yüksək potensiallı layihələrin maliyyələşdirilməsi, islam maliyyəsi və kapital bazarlarının inkişafı, eləcə də dövlət və özəl sektora məsləhət xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb.